Ayxan Abbasov istefa verəcək?

saytların hazırlanması

Evə çatdırılma

Ayxan Abbasov istefa verəcək?

İdman

01 Oktyabr 2026 22:58 103


"Qələbə qazanmaq istəyirdik, təəssüf ki, belə alındı".

"Yeni Sabah" xəbər verir ki, bunu UEFA Millətlər Liqasının qrup mərhələsində keçirilən Azərbaycan - Lixtenşteyn matçından sonra mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov deyib.

O bildirib ki, bu heç-heçə komandanın işini daha da çətinləşdirdi: Sezar pizza

"Bu gün günahkar axtarmayacağam. Bütün günah məndədir. Biz mütləq növbəti iki oyunda qələbə qazanaraq vəziyyətimizi yaxşılaşdırmalıyıq. Bu gün Lixtenşteyni udmağa borclu idik. Rəqibin peşəkar, yaxud qeyri-peşəkar olmasını müzakirə eləmək mənə düşmür".

Baş məşqçi istefa verib-verməyəcəyi məsələsinə də münasibət bildirib:

"Milli komanda ilə olan müqaviləm qışa qədərdir. Rəhbərlik hansı qərarı verərsə, mən onlarla razılaşacağam. Bu gün bizim futbolda başqa problemlər də görsənir. Zaman hər şeyi göstərəcək".

Qeyd edək ki, UEFA Millətlər Liqasının D Liqasının II qrupunda keçirilən Azərbaycan - Lixtenşteyn oyunu 0:0 hesabı ilə başa çatıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!