AZAL-dan Naxçıvan reysləri ilə bağlı   MÜHÜM AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

AZAL-dan Naxçıvan reysləri ilə bağlı MÜHÜM AÇIQLAMA

Sosial

13 İyun 2026 21:49 138


“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Naxçıvan istiqamətində həyata keçirilən bəzi reyslərdə dəyişikliklər edildiyini açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, J2-295 nömrəli Bakı–Naxçıvan reysini yerinə yetirən təyyarə ildırımlı hava şəraiti səbəbindən Bakıya geri qayıdıb. Hava gəmisi saat 21:09-da Heydər Əliyev Beynəlxalq Aeroportuna təhlükəsiz eniş edib. Pepperoni pizza

Bundan başqa, J2-2257 nömrəli Bakı–Naxçıvan reysi də əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. Sərnişinlərə uçuşlarla bağlı dəyişikliklər barədə əlavə məlumat veriləcək.

AZAL bildirib ki, son günlər Naxçıvanda müşahidə olunan qeyri-sabit hava şəraiti Bakı–Naxçıvan–Bakı marşrutu üzrə reyslərin planlaşdırılmış qrafiklə icrasını çətinləşdirib.

Qeyd olunub ki, Naxçıvanın dağlıq relyefi, güclü külək, məhdud görmə şəraiti və sürətlə dəyişən meteoroloji vəziyyət bəzi hallarda uçuş əməliyyatlarına birbaşa təsir göstərir.

Bu səbəbdən uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə hava şəraitinə uyğun operativ qərarlar qəbul olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!