Boksçularımız Çində keçirilən beynəlxalq turnirdə 10 medal qazandılar

saytların hazırlanması

Evə çatdırılma

Boksçularımız Çində keçirilən beynəlxalq turnirdə 10 medal qazandılar

İdman

28 Sentyabr 2026 17:38 80


Azərbaycan boksçuları Çində keçirilən böyüklər və gənclər (U-19) arasında beynəlxalq "Kəmər və Yol" turnirində 10 (2-3-5) medal qazanıblar.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Dünya çempionatına hazırlaşan U-19 yığmasının heyətində Nihat Qasımov (55 kq) və Səftər Məmmədzadə (+90 kq) turnirin qalibi olublar. Toyuqlu pizza

Heydər Əzməmmədov (85 kq) gümüş, Əli Baxışov (60 kq), Renat Qiyaslı (80 kq) və Zaur Səmədov (90 kq) bürünc medala yiyələniblər.

Əsas komandamızın heyətində isə Tural Sarıyevlə (55 kq) Sərxan Əliyev (70 kq) ikinci, Zəlimxan Süleymanov (55 kq) və Zaur Qəhrəmanov (65 kq) üçüncü yeri tutublar.

Qeyd edək ki, boksçularımız Çində yarışdan öncə 26 ölkənin iştirakı ilə beynəlxalq təlim-məşq toplanışına da qatılıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!