Azərbaycan cüdoçuları Avropa Kubokunu 9 medalla başa vurdular

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan cüdoçuları Avropa Kubokunu 9 medalla başa vurdular

İdman

05 İyul 2026 22:44 92


Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku Azərbaycan millisi üçün uğurla başa çatıb.

Azərbaycan Cüdo Federasiyasından "Yeni Sabah"a verilən məlumata görə, yığma yarışın ikinci günündə aktivinə 8 medal yazdırıb.

Mehdi Abbasov (-81 kq) və Ramazan Əhmədov (+100 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Cəsur İbadlı (-81 kq), Canpolad Əliyev (-100 kq) və Nərgiz Əhmədova (-48 kq) yarışı gümüş medalla başa vurublar. Süleyman Şükürov (-90 kq), Davud Namazlı (-100 kq) və Xədicə Qədəşova (-57 kq) isə bürünc mükafat əldə ediblər. Pepperoni pizza

Xatırladaq ki, ilk yarış günündə Əbil Yusubov (-73 kq) gümüş medala yiyələnib.

Beləliklə, Azərbaycan millisi Praqa Avropa Kubokunu 2 qızıl, 4 gümüş və 3 bürünc olmaqla ümumilikdə 9 medalla tamamlayıb. Yekun nəticələrə əsasən yığma 33 ölkə arasında ümumi komanda hesabında üçüncü, oğlanların mübarizəsində isə birinci yeri tutub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!