16 Avqust - 10:46
Azərbaycan əsgəri Avropa çempionu oldu

Azərbaycan əsgəri Avropa çempionu oldu

İdman

05 İyul 2022 15:50 631


İyulun 2-3-də Rumıniyanın Kluj-Napoka şəhərində Cüdo üzrə böyüklər arasında Açıq Avropa turniri keçirilib. Yarışda 32 ölkənin 200-dən artıq idmançısı iştirak edib. 

Fövqəladə Hallar Nazirliyindən Yenisabah.az-a verilən xəbərə görə, beynəlxalq turnirdə Azərbaycan cüdo millisinin üzvü, FHN-in Mülki müdafiə qoşunlarının əsgəri Murad Fətiyev 90 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalına sahib olub.

Qeyd edək ki, Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli yığma komandası Açıq Avropa turnirini birinci yerdə başa vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!