Azərbaycan hərbçisi ilə bağlı İrəvandan   YENİ QƏRAR – Paşinyan detalları açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan hərbçisi ilə bağlı İrəvandan YENİ QƏRAR – Paşinyan detalları açıqladı

Siyasət

07 Oktyabr 2026 21:29 346


Ermənistanın baş naziri Nikol Paşinyan sərhədi keçərək Şəki kəndinə daxil olan Azərbaycan hərbçisinin cəzasının ən azı bir hissəsini Ermənistanda çəkəcəyini bildirib.

"Yeni Sabah" xəbər verir ki, Paşinyan bunu hökumət saatında “Güclü Ermənistan” fraksiyasının deputatı Andranik Gevorkyanın sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, baş verən hadisə ilə bağlı bütün hüquqi prosedurlar həyata keçirilməlidir. Marqarita pizza

Paşinyan bildirib ki, Azərbaycan hərbçisinin yaraladığı kənd sakini Ani Avetyan polisi gözləsəydi, baş verənlərin heç biri yaşanmazdı.

Baş nazirin sözlərinə görə, hərbçinin gizləndiyi evə əvvəlcə uşaqlar yaxınlaşıblar. Onlar evdə yad adam gördükdən sonra bu barədə analarına məlumat veriblər. Qadın polisə zəng etsə də, özü hadisə yerinə getmək qərarına gəlib və ora polis əməkdaşlarından əvvəl çatıb./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!