Azərbaycan idmançılarının 2026-cı ilin oktyabr ayı üçün reytinq cədvəli açıqlanıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında qızıl medal qazanan boksçu Səidcəmşid Cəfərov 350 xalla reytinqə başçılıq edir. Taekvondoçu Qaşim Maqomedov 305 xalla ikinci, cüdo üzrə olimpiya çempionu Hidayət Heydərov isə 270 xalla üçüncü pillədə qərarlaşıb. Dördpendirli pizza
Növbəti pillələrdə akademik avarçəkmə üzrə Azərbaycan millisi (255 xal), ağırlıqqaldıran İsa Rüstəmov (240 xal), yunan-Roma güləşçiləri İslam Bazarqanov (230 xal) və Həsrət Cəfərov (230 xal), sərbəst güləşçilər Arseniy Djioyev (220 xal) və Giorgi Meşvildişvili (210 xal), həmçinin güləşçi Jalə Əliyeva (200 xal) yer alıblar.
Telegram kanalımız