Çinin Şanxay şəhərində keçirilən “WorldSkills Shanghai 2026” beynəlxalq yarışında Azərbaycan milli komandası kibertəhlükəsizlik istiqamətində tarixi nəticəyə imza atıb.
“Yeni Sabah” xəbər verir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnformasiya Təhlükəsizliyi Departamentinin əməkdaşları Əli Məhərrəmli və Yusif Kazımlı 702 bal toplayaraq “Medal of Excellence” mükafatına layiq görülüblər. Bu göstərici ilə təmsilçilərimiz Hindistan, Cənubi Koreya, Yaponiya, Avstraliya, Braziliya, Tailand və Malayziya kimi texnologiya nəhənglərini geridə qoyublar. Komandamız, həmçinin “Kibertəhdidlərə qarşı müdafiə həllərinin tətbiqi” alt istiqamətində iştirakçılar arasında en yüksək nəticəni nümayiş etdirib.
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və “WorldSkills Azərbaycan” tərəfindən həyata keçirilən gərgin hazırlıq prosesi uğurun əsasını təşkil edib. Yarışa namizədlərin seçimi “Capture The Flag” (CTF) formatında təşkil olunan mərhələlər əsasında aparılıb və fevral-avqust aylarında intensiv təlimlər keçirilib. Marqarita pizza
Qeyd edək ki, qazanılan bu mükafat Azərbaycanın “WorldSkills” tarixində kibertəhlükəsizlik sahəsi üzrə əldə etdiyi ilk medal kimi statistikaya düşüb.
Telegram kanalımız