Əkrəm Həsənov: “Bu ximətlərin reklam olunması qadağandır”

saytların hazırlanması

Evə çatdırılma

Əkrəm Həsənov: “Bu ximətlərin reklam olunması qadağandır”

Sosial

28 Oktyabr 2026 14:59 107


Sosial şəbəkələrdə süni mayalanma məqsədilə follikul donoru axtarışı ilə bağlı video görüntülər yayılıb.

"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, görüntülərdə bir qadın ödəniş müqabilində donorların axtarıldığını bildirir, həm də namizədlər üçün yaş həddini və nəzərdə tutulan ödəniş məbləğini bildirib.

Hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, belə elanlar hüquqi cəhətdən qanunsuzdur:  Toyuqlu pizza

“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanunun 14-cü maddəsinə əsasən donorluq könüllük və əvəzsizlik prinsipləri əsasında həyata keçirilir, yəni pulla olmaz. Buna görə də bu Cinayət Məcəlləsinin 137-ci  maddəsi ilə qadağan edilir. İnsan orqanlarının alqı-satqısı ilə məşğul olan şəxslərin 3 ilədək azadlıqdan məhrumetmə cəzası var. Yeri gəlmişkən “Reklam haqqında” Qanunun 29-cu maddəsi ümumiyyətlə süni mayalanma üzrə tibbi xidmətlərin reklam olunmasını qadağan edir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!