Azərbaycan nefti bu qədər bahalaşacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nefti bu qədər bahalaşacaq

İqtisadiyyat

11 May 2026 11:42 112


Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycan neftinin qiyməti ilə bağlı proqnozunu kəskin artırıb.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, BVF-nin fevral ayında dərc olunan missiya bəyanatında 2026-cı il üçün Azərbaycan neftinin orta qiyməti 66,7 ABŞ dolları səviyyəsində proqnozlaşdırılıb.

Aprelin sonunda İcraçı Şuranın təsdiqlədiyi yekun hesabatda isə bu göstərici 84,2 ABŞ dollarına yüksəldilib. Beləliklə, 2026-cı il üzrə proqnoz 17,5 ABŞ dolları və ya 26,2% artırılıb. pizza

Fond 2027-ci il üzrə proqnozu 64,9 dollardan 78 dollara, 2028-ci il üzrə 65,4 dollardan 76,2 dollara, 2029-cu il üzrə 66,4 dollardan 75,9 dollara, 2030-cu il üzrə 67,2 dollardan 75,7 dollara, 2031-ci il üzrə isə 68,5 dollardan 77,2 dollara yüksəldib.

IMF qeyd edib ki, qiymət fərziyyələri Dünya İqtisadi Proqnozu (WEO) üzrə baza ssenarisinə və hər barel üçün əlavə 2-3 ABŞ dolları premiuma əsaslanır. Bu premium Azərbaycanın əsas ixrac markası olan “Azeri Light” neftinin Brent markasından adətən daha yüksək qiymətə satılmasını əks etdirir.

Proqnozların kəskin artırılması qlobal neft bazarında Yaxın Şərqdə geosiyasi risklərin güclənməsi və xüsusilə Hörmüz boğazı ətrafında yaranan qeyri-müəyyənlik fonunda IMF-in beynəlxalq neft qiyməti gözləntilərini yenidən nəzərdən keçirməsi ilə bağlıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!