Azərbaycan Paşinyana vaxt verib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Paşinyana vaxt verib

Siyasət

15 Oktyabr 2026 11:47 220


Ermənistanın “Hraparak” qəzeti Azərbaycanın Baş nazir Nikol Paşinyana sülh sazişinin imzalanması prosesini irəli aparmaq üçün vaxt verdiyi barədə iddia yayıb.

“Yeni Sabah” xəbər verir ki, nəşrin materialında Ermənistan hakimiyyətinin kulislərində bu məsələ ətrafında müzakirələrin getdiyi bildirilir.

Qəzet yazır ki, Paşinyan ötən gün səhər saatlarında sülh sazişi və sülhün əldə olunması yolları barədə video yayımlayıb. Ermənistanın baş naziri Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətindən sonra sülhün mümkün olduğunu anladığını bildirib və bunun necə əldə edilə biləcəyini izah edib. pizza hut

“Hraparak”ın məlumatına görə, bundan əvvəl “Vətəndaş Sazişi” Partiyasının idarə heyətinin iclasında ədliyyə naziri Qriqor Qalyan yeni konstitusiya layihəsi ilə bağlı məsələləri təqdim edib. Nəşr qeyd edir ki, bu, Konstitusiya Komissiyasının üzvü Daniel İoannisyanın mətnin hələ hazır olmadığını və komissiyanın uzun müddətdir iclas keçirmədiyini bildirməsi fonunda baş verib.

Qəzetin iddiasına əsasən, Ermənistan hakimiyyətinin kulislərində Azərbaycanın Paşinyana sülh sazişini mümkün qədər tez hazırlamaq, ilk növbədə, mövcud konstitusiyanı dəyişdirmək və yeni konstitusiyanın qəbuluna nail olmaq üçün vaxt verdiyi müzakirə olunur. Nəşr bu addımları sülh sazişinin imzalanması prosesinə hazırlıq kimi şərh edir.

Qeyd edək ki, “Hraparak”ın yaydığı məlumatda Azərbaycanın Paşinyana rəsmi şəkildə vaxt verdiyini təsdiqləyən hər hansı rəsmi açıqlama təqdim olunmur. Buna görə də bu məlumat Ermənistan mediasının irəli sürdüyü iddia kimi qiymətləndirilməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!