16 Avqust - 05:23
Azərbaycana ən çox dollar gətirən 10 şəxs kimdir?  - ADLAR

Azərbaycana ən çox dollar gətirən 10 şəxs kimdir? - ADLAR

İqtisadiyyat

02 İyul 2022 18:12 24712


Bu ilin ilk 5 ayı ərzində Azərbaycanın ümumi ixracı 15,4 milyard dollar olub və bunun 1,2 milyard dolları qeyri-neft sektorunun payına düşüb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 280,6 milyon dollar və ya 30,9% artıb.

2022-ci ilin yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq (123,7 milyon dollar) birinci, pomidor (91 milyon dollar) ikinci, karbamid (84,1 milyon dollar) isə üçüncü olub.

Bu ilin ilk 5 ayında xarici ölkələrə ən çox qeyri-neft məhsulları ixrac edən özəl şirkətlərin ilk 10-luğu aşağıdakı kimi olub.

Şirkət Rəhbəri İxracın miqdarı
“MKT İstehsalat Kommersiya” MMC

(VÖEN- 9900008361)

Həsənov Rövşən 79,6 milyon dollar
“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycandakı nümayəndəliyi

(VÖEN- 9900047801)

Mohammad Reza 40,9 milyon dollar
“P-Aqro” MMC

(VÖEN-1404226851)

Əlizadə Azər 24,8 milyon dollar
“STP Alüminium” MMC

(VÖEN- 2906014721)

Əliyev Fərhad 17 milyon dollar
“Aqrovest” MMC

(VÖEN- 1403866861)

Aslanov Maarif 16,5 milyon dollar
“ZR-78 Company” MMC

(VÖEN-1102486011)

Gasanov Nasıb 15,8 milyon dollar
“Mors Trading” MMC

(VÖEN-1604639301)

Mehmet Savaş Uzan 14,5 milyon dollar
“Baku Steel Company” QSC

(VÖEN-1501481481)

Kamal İbrahimov 12,3 milyon dollar
“Ram Beynəlxalq Nəqliyyat və Ticarət Ltd” MMC

(VÖEN- 1600030111)

Rzayev Ramiz 10,6 milyon dollar
“Azmet” QSC

(VÖEN - 6402897671)

İbrahimov Murad 10,6 milyon dollar

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!