Təmayül tədris modeli tətbiq olunan məktəblərin sayı artırılacaq.
"Yeni Sabah" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov İctimai Televiziyada yayımlanan “Pressinq” verilişində deyib.
Onun sözlərinə görə, təmayül tədris modeli tətbiq edilən bəzi məktəblər yenidən yaradılıb və həmin müəssisələrdə göstəricilər əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Dördpendirli pizza
"Eyni zamanda həmin məktəblərin göstəricilərini yerləşdikləri şəhərin və yaxud rayon mərkəzlərinin ali təhsil müəssisələrinə qəbul göstəriciləri ilə müqayisə etdikdə bu məktəblərin ciddi şəkildə, müsbət mənada fərqləndiyini görürük", - o deyib.
Bağırov bildirib ki, nəticələrin müsbət dinamikası layihənin əhatə dairəsinin genişləndirilməsi barədə qərar qəbul edilməsinə səbəb olub.
Direktor qeyd edib ki, qısa müddət ərzində daha 90 məktəbin layihəyə cəlb olunması nəzərdə tutulur. Onun sözlərinə görə, bununla bağlı 16 minə yaxın valideyn müraciəti qeydə alınıb və həmin məktəblərdə artıq tədris prosesinə başlanılıb.
E.Bağırov növbəti tədris ilinin sonunda yeni layihəyə qoşulan məktəblərin də yüksək nəticələr göstərəcəyini ümid etdiyini vurğulayıb.
Telegram kanalımız