Azərbaycanda benzin bahalaşır? – Tarix verildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda benzin bahalaşır? – Tarix verildi

İqtisadiyyat

01 Dekabr 2025 22:04 29542


Azərbaycanda 2026-cı ildə benzinin bahalaşacağı ilə bağlı xəbərlər yayılıb. Mütəxəssislər buna səbəb kimi həm qlobal enerji bazarındakı dəyişiklikləri, həm də yerli istehsal xərclərini əsas göstərirlər.

Yeni ildən benzin qiymətləri bahalaşacaq?

"Yeni Sabah" xəbər verir ki, Globalinfo.az-a danışan İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli deyib ki, yanacağın qiymətini əsasən Tarif Şurası (TŞ) tənzimləyir:

“Ölkədə qiymətlər azad rəqabət şəraitində tələb və təklif əsasında formalaşmır. Qiymət dəyişikliyi yalnız TŞ-nın və ya SOCAR-ın müvafiq qərarı ilə mümkün olur. Hazırda bununla bağlı konkret proqnoz vermək mümkün deyil. Dünyada neft qiymətlərinin azalması, emal xərclərinin artması və texnologiyaların yenilənməsi benzinin qiymətinə müəyyən təsir göstərə bilər. Lakin dəqiq qiymət artımı ilə bağlı fikir bildirmək doğru deyil”.

İqtisadçı qeyd edib ki, qiymətlər ölkədə inzibati qaydada müəyyənləşdirilir:

“Hazırda belə qərar üçün hər hansı əsas müşahidə edilmir. Bundan başqa, yanacaq bazarında istənilən dəyişiklik sosial və iqtisadi təsirlər nəzərə alınaraq həyata keçirilir. Qiymət artımı olacağı təqdirdə, bunun mərhələli və nəzarətli şəkildə tətbiqi gözlənilir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Sabiw
    Neft olkesi milletin haqqina girir ustelik milletine nefti benzini baha satir milleti sinayirlar hansi dozada partlayacaq neyi var sixmisiz milleti ac milleti saxlaya bilmeyeceksiz!
    4 months ago
  • Fariz
    Xalqın ziyanına hər şey gözləyirik. Çünki hakimiyyət xalqı saymır
    5 months ago
  • Natiq İslam
    Yeni ilin gəlməsindən hamı qorxur.Qiymətlər hər şey bahalaşır, səbəbsiz.Qonşu ölkələrə baxsınlar yeni il endirimləri olur bizdə süni bahalıq olur həmişə.
    5 months ago
  • Adsız
    Birinci prob qoyurlar sora dozanı vururlar
    5 months ago
  • Şahin Xəlil
    Bakıdan 206km uzaq olaq Rusitada benzin bizim pulla 80qəp bizdə 1man 10qəp.Niyə? Bizdə hər şey bahadır 30 il.bitsin bahalıq dövrü.Vətəndaş bahalığdan bezdi.
    5 months ago
  • İbrahim Hüseynzadə
    Bir dəfə görmədik ki desinlər benzinin qiyməti aşağı salınacağ. Daha maaş və pensiyaların 8% qaldırıb qiymətləri isə yüksəltməyin nə mənası varki.
    5 months ago