Azərbaycanda bot trafikində kəskin artım

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bot trafikində kəskin artım

Rəqəmsal

06 Oktyabr 2026 16:24 93


Ölkədə internet trafikinin böyük hissəsi hələ də insanlara məxsus olsa da, son ayda avtomatlaşdırılmış proqramların (botların) payında ciddi yüksəliş qeydə alınıb.

“Yeni Sabah” “Statcounter” analitik agentliyinin son göstəricilərinə istinadən xəbər verilir ki, cari ilin sentyabrında Azərbaycandakı internet trafikinin 67,94 faizi real istifadəçilərin payına düşüb. Bu göstərici avqust ayı ilə müqayisədə 6,42 faiz bəndi geriləmə deməkdir.

Bununla paralellər təşkil edən bot aktivliyi isə sentyabrda 32,06 faizə yüksəlib. Qeyd olunur ki, botların şəbəkədəki payı artıq ikinci aydır ki, ardıcıl artım nümayiş etdirir. Hətta avqust və sentyabr ayları ərzində bu göstəricidə 4 dəfəlik sıçrayış qeydə alınıb. pizza sifarişi

Müqayisə üçün bildirək ki, avqust ayında dünya üzrə ümumi internet trafikinin 68,87 faizini insanlar, 31,13 faizini isə botlar formalaşdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!