Müdafiə Sənayesi Nazirliyinin loqotipi yenilənib. Əqli Mülkiyyət Agentliyinin 2026-cı il 24 avqust tarixli şəhadətnaməsi ilə qeydiyyata alınan yeni loqotipin təsdiq edilməsi haqqında müdafiə sənayesi naziri Vüqar Mustafayev müvafiq əmr imzalayıb.
“Yeni Sabah” xəbər verir ki, milli kimlik, dövlətçilik ənənələri, müdafiə və təhlükəsizlik anlayışları ilə yanaşı, müasir texnologiya və innovasiyanı vahid vizual kompozisiyada birləşdirən yeni loqotipdə səkkizguşəli ulduz, aypara, alov, arı şanı motivləri, elektron dövrələr, dalğalar və texnoloji şəbəkəni ifadə edən elementlər yer alıb.
Telegram kanalımız