Azərbaycanda əkin sahələri genişlənib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda əkin sahələri genişlənib

İqtisadiyyat

11 Sentyabr 2026 15:40 112


2026-cı ilin məhsul dövrü üzrə ölkədə kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsində artım dinamikası qeydə alınıb.

“Yeni Sabah” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanvar-iyul aylarının yekunlarına görə, keçmiş illərdə salınmış çoxillik otluqlar da nəzərə alınmaqla, payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 1 milyon 614.6 min hektara çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27.6 min hektar və ya 1.7 faiz artım deməkdir.

Qeyd edək ki, hüquqi şəxs statuslu aqrar müəssisələr üzrə əkin sahələri 14.7 faiz böyüdüyü halda, fərdi sahibkar və ev təsərrüfatlarında 0.5 faizli cüzi daralma müşahidə edilib. Struktura gəldikdə isə, ümumi ərazinin 1027.2 min hektarını (63.6%) dənli və dənli-paxlalı bitkilər, 351.1 min hektarını (21.7%) yemlik bitkilər, 119.1 min hektarını (7.4%) kartof, tərəvəz və bostan məhsulları, 117.2 min hektarını (7.3%) isə texniki bitkilər təşkil edib. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!