2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda kolbasa və kolbasa məhsullarının istehsalında artım qeydə alınıb.
“Yeni Sabah” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkədə 19 min 601 ton kolbasa məmulatı istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,4% yüksəkdir.
Avqustun 1-nə olan məlumata görə, ölkə üzrə hazır kolbasa məhsullarının ehtiyatı 16,6 ton təşkil edib. Anbarlarda qalan məhsulun həcmi illik müqayisədə 25,23% azalıb. Toyuqlu pizza
Ümumilikdə isə ilin ilk yeddi ayında Azərbaycanda 3 milyard 164,9 milyon manat dəyərində qida məhsulu istehsal edilib. Qida sənayesinin istehsal həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6% artıb.
Telegram kanalımız