Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Azərbaycanda maşını olanların hamısı varlıdır?  - “Köhnə, ucuz avtomobillər...“
21 Sen 2021 12:28
619

Azərbaycanda maşını olanların hamısı varlıdır? - “Köhnə, ucuz avtomobillər...“

2021-ci ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda şəxsi minik avtomobillərinin sayı 1 204 682 ədəd təşkil edib. Bakı şəhərində isə bu rəqəm 526744-dür. 

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkə üzrə hər 100 ailəyə 56 maşın düşür. Bakıda isə hər 100 ailəyə düşən şəxsi minik avtomobillərinin sayı 99-dur. Bu ölkənin digər şəhər və rayonları ilə müqayisədə çox yüksək göstəricidir.

Maraqlıdır, Bakıda 100 ailədən 99-nun maşını vamı? Bu nə dərəcədə doğrudur?

İnsanların avtomobilinin olması onların yaxşı yaşadığına dəlalət edə bilərmi?

İqtisadçı-ekspert Natiq Cəfərli Yenisabah.az-a açıqlamasında deyib ki, Bakıda 100 ailədən 99-nun avtomobilinin olması mümkünsüzdür:

“Hər 100 ailədən 99-nun maşını ola bilməz. Statistikada səhvlik var. Heç Amerikada da belə deyil. Mümkün deyil ki, 100 ailədən 99-nun avtomobili olsun. Əslində dünya statistikasında 1000 nəfər ilə hesablanır. Amerikada 1000 nəfərə 567 avtomobil düşür. Bizdə də ola bilər ki, 1000 nəfərə 99 düşsün.

Bizim Statistika Komitəsi ola bilər ki, texniki səhvə yol verib. 1000 nəfərə 99 ola bilər. Lakin 100 ailəyə 99 düşə bilməz. Mümkünsüzdür. Statistikada qeyri-dəqiqlik var”.

Ekspertin sözlərinə görə, maşın varlılıq göstəricisi deyil:

“Avtomobili olanların böyük əksəriyyəti taksi fəaliyyətinə görə maşın alırlar. Bu yaşayış səviyyəsinə birbaşa təsir edəcək amil, varlılıq göstəricisi deyil.

Sadəcə müxtəlif araşdırmalar aparılmalıdır ki, insanlar hansı avtomobillərdən istifadə edir, nə məqsədlə. Azərbaycanda avtomobil parkının 60 faizini köhnə, ucuz avtomobillər təşkil edir. Bu da ailələrin və şəxslərin maddi vəziyyətinin çox yaxşı olduğunun göstəricisi deyil.

Avtombillərlə bağlı daha dəqiq statistika aparılsaydı, 15-20  mindən yuxarı olan avtomobillərin sayı dəqiq bilinsəydi, o zaman insanların gəlirlilik səviyyəsi ilə bağlı ümumi bir fikir söyləmək mümkün olardı”.

N.Cəfərli bəzi şəxslərin avtomobildən gəlir mənbəyi kimi istifadə etdiyini söyləyib:

“Avtomobildən gəlir mənbəyi kimi istifadə edərək taksi fəaliyyəti göstərənlər, yük daşınmalarda çalışanlar var. Başqa iş tapmadıqlarına görə, bu işə üz tuturlar. Ona görə, sırf avtomobilin olmasını onların dolanışıq səviyyəsi ilə birbaşa əlaqədirmək olmaz”.

Nəzrin Vahid 

Azərbaycanda maşını olanların hamısı varlıdır?  - “Köhnə, ucuz avtomobillər...“
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər