Azərbaycanda mənzil almaq üçün 17 il işləmək lazımdır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda mənzil almaq üçün 17 il işləmək lazımdır

Sosial

15 Sentyabr 2026 13:56 633


“Azərbaycanda daşınmaz əmlak qiymətlərinin baha olmasından daha çox, Bakıda daşınmaz əmlak qiymətlərinin baha olması müzakirə olunmalıdır. Çünki regionlardan fərqli olaraq Bakı öncüllük təşkil edir. Bunun da səbəbi odur ki, bütün iqtisadi, siyasi, ictimai və sosial fürsətlər Bakıda cəmləşib”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, Bakıda əhali sıxlığının artması mənzil qiymətlərinin də yüksəlməsinə səbəb olur:

“Nəticə etibarilə, əhalinin regionlardan Bakıya axını nəinki azalmır, hətta artan templə davam edir. Son zamanlar biz bunu açıq şəkildə görürük, çünki regionların və kəndlərin boşalması faktiki olaraq davam edir. Bu nöqteyi-nəzərdən Bakıda əhali sıxlığının artması mənzil qiymətlərinin də yüksəlməsinə səbəb olur. Bu, birinci səbəbdir. İkinci səbəb isə ondan ibarətdir ki, torpaq almaq, mənzil tikmək, onun icazələrini almaq və dövlət qurumları ilə razılaşdırmaq həddindən artıq baha başa gəlir. Bu da, nəticədə, lüzumsuz şəkildə mənzil qiymətlərinin şişməsinə gətirib çıxarır”. Pepperoni pizza

Ekspert əlavə edib ki, mənzil qiymətlərinin artımında tikinti şirkətlərinin ciddi təsiri var:

“Üçüncü səbəb isə odur ki, mənzil tikən şirkətlərin bəzilərinin — bəlkə də bir çoxunun (bunu araşdırmaq lazımdır) əsas gəlir mənbəyi mənzil tikintisindən deyil. Ona görə də düşünürlər ki, zatən qiymət qalxır və qalxacaq. Bu səbəbdən qiyməti endirmək əvəzinə yuxarı həddə saxlayırlar ki, nə vaxt satılarsa satılar; satılmazsa da pul şəklində yox, daşınmaz əmlak şəklində qalar. Çünki obrazlı desək, onların təcili pula ehtiyacları olmur.Bütün bu səbəblər nəticə etibarilə belə bir mənzərənin yaranmasına gətirib çıxarır. Dövlətin görə biləcəyi işlər var, bəzi addımlar da atılır — sosial mənzil və sosial ipoteka layihələri mövcuddur, amma bunların həcmi həddindən artıq azdır. Yəni bu proqramlar çərçivəsində il ərzində yalnız bir neçə yüz ailə mənzilə çıxış əldə edə bilir, tələbat isə minlərlədir. Ona görə də insanların mənzil almaq imkanlarının rahatlaşması üçün bu proqramların genişləndirilməsinə böyük ehtiyac var”.

Qeyd edək ki, "Numbeo" portalının hesabatına əsasən, Azərbaycanda orta gəlirli bir ailənin 90 kvadratmetrlik mənzil alması üçün 17,6 il lazımdır. Bu hesablama minimum deyil, orta aylıq əməkhaqqı əsasında aparılıb və ailənin aylıq gəliri 1,5 orta əməkhaqqı səviyyəsində götürülüb. Şərtə görə, ailənin gündəlik yaşayış xərcləri nəzərə alınmır və 17,6 il ərzində qazanılan bütün məbləğin yalnız mənzilə xərcləndiyi fərz edilir. Bu göstərici ilə Azərbaycan keçmiş SSRİ və region ölkələri arasında mənzil almağın ən çətin olduğu ölkədir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!