Azərbaycanda “Omicron” ştamı qeydə alınmayıb - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda “Omicron” ştamı qeydə alınmayıb - Rəsmi

Sosial

08 Yanvar 2022 13:37 512


Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasının “Omicron” ştamı qeydə alınmayıb. Burada həyata keçirilmiş qabaqlayıcı tədbirlərin rolu böyükdür.

Yenisabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov bildirib.

Onun sözlərinə görə, xarici ölkələrdən gələnlər Azərbaycana yalnız test nəticələrində COVID-19-a yoluxmadıqları təsdiq edildiyi halda daxil olurlar. pizza

"Bu, “Omicron” ştamının ölkəyə gəlməməsi üçün çox əhəmiyyətlidir. İstənilən halda, Azərbaycanda tibbi personal koronavirus infeksiyasının müalicəsində artıq peşəkarlaşıb. Tibb müəssisələri bu istiqamətdə professional xidmət göstərə bilir”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!