Azərbaycanda tibb sahəsində yenilik -   Səhiyyə nazirindən mühüm açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda tibb sahəsində yenilik - Səhiyyə nazirindən mühüm açıqlama

Sağlamlıq

28 İyul 2026 23:14 109


"Azərbaycanda Çin təbabəti üzrə diplom kursu açılacaq".

''Yeni Sabah'' xəbər verir ki, bunu Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Azərbaycan Televiziyasının "Hədəf" proqramına və "Trend" İnformasiya Agentliyinə birgə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nəzdində Çin Xalq Respublikasının Pekin Ənənəvi Çin Təbabəti Universiteti ilə birgə Ənənəvi Çin Təbabəti diplom kursunun təşkili istiqamətində hazırlıq işləri aparır. Dördpendirli pizza

Onun sözlərinə görə, kurs ingilis dilində keçiriləcək və təkcə azərbaycanlı həkimlər üçün deyil, region ölkələri və digər xarici ölkələrdən olan tibb mütəxəssisləri üçün də açıq olacaq. Tədrisin bir və ya iki il davam etməsi nəzərdə tutulur.

Teymur Musayev bildirib ki, ənənəvi Koreya təbabəti ilə bağlı da aidiyyəti qurumlarla danışıqlar aparılır və yaxın zamanda bu proqramın da Azərbaycanda tətbiqinə başlanması planlaşdırılır.

Nazirin sözlərinə görə, bu kurslar ailə həkimləri və digər tibb mütəxəssislərinin bilik və bacarıqlarını zənginləşdirəcək, reabilitasiya, xroniki xəstəliklər, xroniki ağrıların müalicəsi və fitoterapiya kimi sahələrdə yeni imkanlar yaradacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!