Azərbaycanda yeni dəb: KİLSƏLƏRDƏ TOY FOTOSESSİYASI

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yeni dəb: KİLSƏLƏRDƏ TOY FOTOSESSİYASI

Sosial

28 Sentyabr 2026 13:36 227


Son vaxtlar toy fotosessiyalarında fərqli məkan seçimi dəbə çevrilib. Bəzi cütlüklər adi fotozallardan və açıq məkanlardan fərqli olaraq tarixi kilsələrə üz tutaraq toy şəkilləri çəkdirirlər.

Bəs müsəlman cütlüyün kilsəyə fotosessiya üçün getməsi İslam baxımından uyğundurmu?

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan ilahiyyatçı Ağa Hacıbəyli müsəlmanların kilsə, sinaqoq və digər məbədlərdə toy fotosessiyası etdirməsinin doğru olmadığını deyib: Toyuqlu pizza

“Əlbəttə ki, toy etmək, ailə qurmaq hər bir gəncin təbii haqqıdır. Onlar bu sevincli günlərini müxtəlif şəkildə qeyd etmək istəyirlər. Bəzən gənclər daha fərqli görüntü yaratmaq üçün müxtəlif addımlar atırlar.

Bəzən isə, sizin də ifadə etdiyiniz kimi, xüsusilə toy mərasimləri ilə bağlı fotosessiyalarda bu addımlar müəyyən sərhədləri aşır. Qeyd edək ki, müsəlman cütlüyün kilsəyə və ya hər hansı digər məbədə, sinaqoqa gedərək orada toy fotosessiyası keçirməsi, şəkil çəkdirməsi və poz verməsi etik və dini qaydalara uyğun deyil.

Çünki ibadət yerləri şəkil çəkdirmək üçün nəzərdə tutulmayıb. İnsan həmin yerlərə gedərkən müəyyən mənada şəkil çəkdirə bilər. Amma xüsusilə xaç, ikonalar və digər dini simvolların toy günü çəkilən şəkillərdə ön plana çıxarılması, sonradan həmin görüntülərin ailənin qurulmasını simvolizə edən şəkillərə çevrilməsi etiqad baxımından doğru deyil”.

O, yanaşmasını məscid nümunəsi ilə də izah edib:

“Ümumiyyətlə, ibadət yerlərinə insan ibadət etmək üçün gedər. Əlbəttə, İslam dinində əməllər niyyətlərə bağlıdır. Həmin yerləri ziyarət etmək, araşdırma aparmaq, tarixi və hansı dövrə aid olduğunu öyrənməkdə problem yoxdur.

Amma ibadət niyyəti ilə və ya hər hansı arzunun həyata keçməsi məqsədilə müsəlmanın başqa dinə aid ibadət məkanlarına getməsi məsələsində alimlərimizin icazə vermədiyi hallar var. Xüsusilə toy mərasimlərində çəkilən şəkillərə gəlincə, düşünək ki, bir xristian və ya digər dinə mənsub insan bizim məscidlərimizə, minarələrimizə yaxınlaşaraq orada şəkil çəkdirmək istəsə, həmin formada məscidə daxil olsa, minbərə çıxsa və s. bu da bizim inanclarımıza zidd olar.

Ona görə də mümkün qədər belə hərəkətlərdən insanların çəkinməsi daha doğru olar”.

A.Hacıbəyli  bildirib ki, insanın niyyəti yaxşı olsa belə, etdiyi hərəkət cəmiyyətə fərqli mesaj verə bilər:

“Əlbəttə ki, media qurumlarının bu məsələləri vaxtında işıqlandırması və maarifləndirmə aparması minlərlə insanın yanlış addım atmasının qarşısını ala bilər. Bu işin gözəl tərəfi də təbliğat və maarifləndirmə yönünün olmasıdır. Məsələn, sentyabrın 27-dən noyabrın 10-dək olan günlərdə onlarla övladımız şəhid olub. Bu günlərə ehtiram və hörmət olaraq, toy edəcək cütlüklər şəhid analarımızı da yad edə bilərlər. Əgər toy edəcəklərsə, mümkün qədər şəhidlərimizin məzarlarını ziyarət etsinlər.

Milli-mənəvi dəyərlərimizin qorunması uğrunda canlarını fəda edən övladlarımızı, oğullarımızı ziyarət etsinlər. Bu, onların şüurunun və dünyagörüşünün də düzgün formalaşmasına təsir edər. İnsanlar öz inanclarını və adət-ənənələrini itirdikcə mənəvi baxımdan yoxsullaşır, kasıblaşır və dəyərlərindən uzaqlaşırlar. Bu baxımdan öz kökümüzə, milli və mənəvi dəyərlərimizə, kimliyimizə aid əxlaq prinsiplərini qoruduğumuz zaman ailəmiz də, cəmiyyətimiz də daha güclü olur. Yetişdirmək istədiyimiz sağlam nəsil də bu dəyərlər üzərində formalaşır.

Ona görə də fotosessiya adı ilə məbədlərə, sinaqoqlara və ya başqa ibadət məkanlarına gedən, toy günündə ən əziz və müqəddəs saydığı günün şəkillərini həmin məkanların dini atributları ilə dolduran insan, niyyəti təmiz olsa belə, hərəkətləri ilə yanlış mesaj vermiş olur. Çünki insanlar bir şəxsin niyyətini deyil, əməllərini görür. Ona görə də əməllərimizlə insanları çaşdırmamalıyıq”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!