6 Oktyabr - 23:21
Azərbaycanın daha bir güləşçisi dünya çempionu oldu

Azərbaycanın daha bir güləşçisi dünya çempionu oldu

İdman

17 Avqust 2022 20:42 708


Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Qadjiyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında final görüşünə çıxıb.

Yenisabah.az xəbər verir ki, 74 kq-da yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada yaponiyalı Ryunosuke Kamiya ilə üz-üzə gəlib.

Rəqibini "tuşe" ilə məğlub edən Qadjıyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Kənan Heybətov (70 kq) qızıl, Zirəddin Bayramov (65 kq) isə gümüş medal əldə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!