Azərbaycanın U-20 millisi qələbə qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın U-20 millisi qələbə qazandı

İdman

20 Noyabr 2026 18:14 50


Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millsi Bakıda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində keçirdiyi ikinci yoldaşlıq görüşündə qələbə qazanıb.

"Yeni Sabah" xəbər verir ki, Ruy Jorjenin baş məşqçisi olduğu komanda İraqın müvafiq yaş qrupundan ibarət seçməsi ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüş U-20-nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan yığmasının heyətində Nicat Nərimanov və Şahin İbrahimov fərqləniblər. Məişət texnikası

Qeyd edək ki, komandalar arasında noyabrın 17-də Sumqayıtda yerləşən "SOCAR Polymer Arena"da keçirilən ilk oyun qolsuz bərabərliklə başa çatmışdı./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!