Kompani “Bavariya”nın sükanına qayıtdı

saytların hazırlanması

Evə çatdırılma

Kompani “Bavariya”nın sükanına qayıtdı

İdman

20 Noyabr 2026 17:12 38


Almaniyanın "Bavariya" klubunun baş məşqçisi Vinsent Kompani oktyabr ayında yaşadığı səhhət problemi və zədədən sonra yenidən işinin başına qayıdıb. "Köln" ilə Bundesliqa matçı ərəfəsində mətbuat konfransında çıxış edən belçikalı mütəxəssis müayinələrin nəticələrinin yaxşı çıxdığını və hazırda sağlamlığının qaydasında olduğunu bildirib.

“Yeni Sabah” xəbər verir ki, oktyabrın sonunda məşq meydançasında yıxılaraq çiyni çıxan və meningeal qıcıqlanma diaqnozu qoyulan 40 yaşlı məşqçi, bədəninin siqnallarına vaxtında fikir verməyərək dincəlmək əvəzinə işləməyə davam etdiyini etiraf edib. Onun yoxluğunda beş oyunda komandaya rəhbərlik edən köməkçi məşqçi Aaron Denksə və həkim heyətinə təşəkkür edən Kompani kənarda qaldığı müddəti belə dəyərləndirib:

"Bu sakit dövrdə həm də öyrənməyə çalışırsan. Komandanı fərqli baxış bucağından izləmək də maraqlı idi — oyunçuların və məşqçi heyətinin işini necə qurduğunu görmək baxımından". İnternet mağaza

Klubun idman direktoru Maks Eberl baş məşqçinin bu sınaqdan nəticə çıxaracağına inandığını deyib, Uli Höness isə Kompaninin həftədə altı gün, gündə 12 saat işləməsinin həddindən artıq çox olduğunu vurğulayıb. Hazırda "Bavariya" Bundesliqaya liderlik edir və Avropanın top-5 liqasında bütün turnirlərdə məğlub olmayan yeganə komanda olaraq qalır.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!