Bu məhsulları almağa tələsməyin –   Daha ucuzunu tapacaqsınız

saytların hazırlanması

Evə çatdırılma

Bu məhsulları almağa tələsməyin – Daha ucuzunu tapacaqsınız

İqtisadiyyat

20 Noyabr 2026 16:39 59


Qara cümə (Black Friday) endirimləri zamanı elektronika, məişət texnikası və oyuncaqları daha sərfəli qiymətə əldə etmək mümkündür. Lakin hər böyük endirim real fürsət deyil və alıcılar alış-veriş zamanı diqqətli olmalıdırlar.

“Yeni Sabah” xəbər verir ki, marketoloq Səfər Aslanov bu barədə “Yeni Sabah”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Qara cümə (Black Friday) və bu kampaniya ilə əlaqəli endirimlər bir çox onlayn platformada artıq noyabrın 19-dan başlayıb və Cyber Monday-ə qədər davam edir. Bu müddət istehlakçılar üçün sərfəli alış imkanları yaratsa da, böyük endirim faizi hər zaman məhsulun ucuzlaşması demək deyil. Məişət texnikası

Marketoloq qeyd edib ki, Qara cümə zamanı ən çox real qiymət endirimlərinə elektronika, kiçik məişət texnikası və oyuncaq kateqoriyalarında rast gəlmək mümkündür. Televizor, qulaqlıq və noutbuk kimi məhsullarda 20-50 faiz arasında real qiymət düşüşləri müşahidə olunur.

S.Aslanov bildirib ki, qış geyimləri, iri mebel və matras almaq istəyənlər üçün isə yanvar-fevral aylarında keçirilən kampaniyalar daha sərfəli ola bilər.

Marketoloq istehlakçılara alış-verişdən əvvəl ehtiyac duyduqları məhsulların siyahısını hazırlamağı və büdcə müəyyənləşdirməyi tövsiyə edib. Onun fikrincə, məhsulun əvvəlki qiymətini yoxlamaq, müxtəlif satış platformalarında qiymətləri müqayisə etmək vacibdir.

O vurğulayıb ki, alıcılar yalnız endirim faizinə aldanmamalı, həqiqətən ehtiyac duyduqları məhsullara üstünlük verməlidirlər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!