Elçin Babayevin həyat yoldaşı sükutu pozdu - İddialar barədə...

saytların hazırlanması

Evə çatdırılma

Elçin Babayevin həyat yoldaşı sükutu pozdu - İddialar barədə...

Hadisə

20 Noyabr 2026 16:58 255


“Cənab Prezidentin hər sərəncamına hörmət və ehtiramla yanaşırıq. Yeni təyinat uğurlu olsun. Ümidvaram ki, hər şey yaxşı olacaq”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri "Teleqraf"a açıqlamasında dünən Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunan Elçin Babayevin həyat yoldaşı Milli Oftalmologiya Mərkəzinin bölmə rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva deyib.

“Elçin müəllim hər zaman öz missiyasını vicdanla, zəhmətlə və sevərək yerinə yetirib”, - deyə o, qeyd edib. İnternetdən sifariş

Yazgül Abdıyeva həyat yoldaşının vəzifəsindən çıxarılması ilə Bakı Dövlət Universitetinin dosenti, baş müəllim Nərman Süleymanovun (Qocatürk) ölümü arasında hər hansı əlaqənin olmadığını bildirib:

“Bunların bir-biri ilə heç bir əlaqəsi yoxdur”.

Qeyd edək ki, jurnalist Şərəf Cəlilli kult.az-a açıqlamasında həyat yoldaşı Nərman Süleymanovun rektorun qurbanı olduğunu söyləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!