Bir neçə gün öncə Füzuli rayonunun Böyük Bəhmənli kəndində baş verən dəhşətli yol-nəqliyyat hadisəsində ağır xəsarət alan məktəbli, 2010-cu il təvəllüdlü Rəvan Abbaszadə yenidən başqa xəstəxanaya təxliyə olunub.
"Yeni Sabah" xəbər verir ki, o, paytaxtda yerləşən özəl xəstəxanalardan birinə köçürülüb.
Xatırladaq ki, o 17 noyabr tarixində Füzuli Mərkəzi Xəstəxanasından Şirvan Mərkəzi Xəstəxanasına köçürülmüşdü. Online alış-veriş
Qeyd edək ki, R.Abbaszadə Füzuli rayonu Mirzə Uluqbəy adına tam orta məktəbin şagirdidir. Ağır qəza nəticəsində ümumilikdə 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb./Oxu.az
Telegram kanalımız