MHP sədri: “Sammitdə Ərdoğan da olmalı idi”

saytların hazırlanması

Evə çatdırılma

MHP sədri: “Sammitdə Ərdoğan da olmalı idi”

Siyasət

20 Noyabr 2026 17:28 59


MHP sədri Dövlət Baxçalı Çində ABŞ, Rusiya və Çin liderlərinin iştirakı ilə keçirilən üçtərəfli sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da yer almalı olduğunu bildirib.

“Yeni Sabah” xəbər verir ki, Baxçalı Türkiyənin Türk və İslam dünyasını təmsil etdiyini vurğulayaraq rəsmi Ankaranın proseslərdən kənarda saxlanıla bilməyəcəyini qeyd edib və daha əvvəl irəli sürdüyü "TRÇ" ittifaqı təklifini xatırladıb. MHP lideri fikirlərini belə yekunlaşdırıb:

"Sammit üçtərəfli deyil, Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın da içində yer aldığı dördtərəfli formatda olmalı idi". İnternet mağaza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!