Azərbaycanda külək enerjisinə tələbat kəskin artdı – Rəsmi rəqəmlər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda külək enerjisinə tələbat kəskin artdı – Rəsmi rəqəmlər

İqtisadiyyat

20 Noyabr 2026 16:27 70


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda külək elektrik stansiyalarında 960,3 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

"Yeni Sabah"ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2025-ci ilin 10 ayı ilə müqayisədə 13,1 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanda 22 milyard 060 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin ilk 10 ayı ilə müqayisədə 2,2 % azdır. Bunun 21 milyard 421,5 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 1,7 % azdır. İnternet mağaza

Bunun 2 milyard 991 milyon kVt/saatı su elektrik stansiyalarının (il ərzində 18,6 % artıb), 16 milyard 697,9 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının (- 9,8 %), 170,7 milyon kVt/saat biokütlə və tullantıların yandırılmasından alınan elektrik enerjisi (+7,3 %) istehsalının payına düşür.

Hesabat dövründə günəş elektrik stansiyalarında 601,6 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə 13 % çoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!