Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərin həyatını təhlükəyə atan daha bir avtoxuliqan həbs edilib.
“Yeni Sabah” xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları “VAZ-2107” markalı, 90-KK-071 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Rüfət Mustafazadəni saxlayıblar.
Araşdırma zamanı sürücünün yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün real təhlükə yaratdığı müəyyən edilib. Bakıda online alış-veriş
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Rüfət Mustafazadə 1 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə inzibati qaydada həbs olunub.
Aytac Əliyeva
Telegram kanalımız