Bir şirkətdə işləmək onları milyoner etdi

saytların hazırlanması

Evə çatdırılma

Bir şirkətdə işləmək onları milyoner etdi

Dünya

20 Noyabr 2026 17:14 52


ABŞ-də süni intellekt sahəsində fəaliyyət göstərən “Anthropic” şirkətinin səhmlərinin açıq satışa çıxarılması minlərlə əməkdaşına böyük sərvət qazandıra bilər. Şirkətin bəzi ilk işçilərinin hətta milyarderə çevriləcəyi gözlənilir.

“Yeni Sabah” xəbər verir ki, cəmi 5 il əvvəl yaradılan “Anthropic”in bazar dəyəri 1,4 trilyon dolları ötərək ABŞ-nin ən dəyərli 10 şirkəti sırasına daxil olub. CNBC-nin məlumatına görə, şirkətin hazırda 5300 əməkdaşı var.

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına  təqdim edilən sənədlərə əsasən, şirkət əməkdaşları üçün hər birinin alış qiyməti 2,91 dollar olan 1 milyard 770 milyon dollarlıq səhm opsionu yaradıb. Bundan başqa, işçilərə 1 milyarddan çox məhdudlaşdırılmış səhm vahidi  verilib. Şirkətin səhmlərinin 83 dollardan satılması halında, sənədlərdə göstərilən səhm sayına əsasən, əməkdaşların ümumi sərvəti təxminən 232 milyard dollara çata bilər. Bu isə hər işçiyə orta hesabla 44 milyon dollar düşməsi deməkdir. İnternet mağaza

Bununla belə, şirkətə sonradan qoşulan əməkdaşlarla müqayisədə ilk illərdə işə başlayanlar daha çox səhm əldə etdikləri üçün daha böyük sərvət sahibi ola bilərlər. İnvestorların hesablamalarına görə, səhmlərin qiyməti 83 dollar olarsa, şirkətdə ilk dövrlərdə işə başlayan ən azı 400 əməkdaşın sərvəti 100 milyon dolları keçəcək. Onların arasında milyarderə çevrilə biləcək şəxslərin də olduğu bildirilir.

Qeyd edək ki, bu hesablamalara şirkətin yeddi qurucusu daxil edilməyib. Onların hər birinin 230-240 milyon arasında səhmi var. Səhmlərin 83 dollar dəyərində qiymətləndirilməsi halında qurucuların hər birinin sərvətinin təxminən 20 milyard dollara çatacağı gözlənilir.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!