Azərbaycanda istehlak qiymətləri 2026-cı ilin ilk 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artıb.
“Yeni Sabah” xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-oktyabr aylarında qida məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlər 6,8 faiz yüksəlib.
Qeyri-ərzaq malları üzrə qiymət artımı 3,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 5,4 faiz təşkil edib. Online shopping Azərbaycan
Beləliklə, qiymət artımı ən yüksək qida məhsulları, içkilər və tütün məmulatları qrupunda qeydə alınıb.
Aytac Əliyeva
Telegram kanalımız