Azərbaycanlı şoumen həbsdən çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı şoumen həbsdən çıxdı

Şou

19 Avqust 2021 15:46 2064


Komediyaçı İdrak Mirzəlizadə 10 günlük inzibati həbsdən sonra təcridxanadan buraxılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Mash" Teleqram kanalı məlumat yayıb.

Xatırladaq ki, Moskvanın Taqansk Məhkəməsi ruslarla əlaqədar uğursuz zarafata görə "stand-up"çı İdrak Mirzəlizadə barədə 10 günlük həbsi qərar verib. pizza mizza

Şoumen Rusiya Federasiyası İnzibati Məcəllənin 20.3.1-ci maddəsi ilə düşmənçilik və ya nifrət yaymaqda ittiham olunub.

Bundan əvvəl Moskva prokurorluğu Mirzəlizadəyə qarşı inzibati iş açıb.

Səbəb "Razqonı" ("Sürətləndirmə") şousundan bir parça olub.

İdrak Mirzəlizadə ksenofobiyanı lağa qoymaq istəyib, ancaq ruslarla əlaqədar çox uğursuz bir zarafat edib. O, rusları çirkli döşəyə bənzədib.

Nəzarətçi orqanların xoşuna gəlməyən digər epizodlar da olub.

"Stand-up"çının dostları sosial şəbəkədə onun müdafiəsinə qalxıblar. Lakin bir çox tanınmış ictimai xadim bu kampaniyanın əleyhinə çıxıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!