Azərbaycanlı tədqiqatçı NASA-nın beynəlxalq hakatonunda iştirak edəcək.
"Yeni Sabah" xəbər verir ki, "Politecnico di Torino"da Kompüter və İdarəetmə Mühəndisliyi üzrə doktorantura tədqiqatçısı Etibar Vazirovun NASA International Space Apps Challenge 2026-nın Turin Local Event-də iştirakı təsdiqlənib. Etibar Vazirov yarışmada “Identify Earth Locations that Analog the Permanent Moon Base Locations and Mars” çağırışı üzrə yaradılan “TerraLuna Analytics” komandası ilə iştirak etməyi planlaşdırır.
Layihənin əsas məqsədi Yer kürəsində Ay və Marsda gələcək insan missiyaları üçün analoq ola biləcək ərazilərin müəyyənləşdirilməsidir. Bunun üçün Yer müşahidəsi və geospatial məlumatların, süni intellekt və maşın öyrənməsi metodlarının, məlumat analizi və vizuallaşdırma texnologiyalarının tətbiqi nəzərdə tutulur. Marqarita pizza
Layihə çərçivəsində müxtəlif Yer ərazilərinin iqlim, relyef, geoloji və digər göstəricilər əsasında Ay və Mars şəraiti ilə oxşarlığının təhlil edilməsi və nəticələrin interaktiv xəritə üzərində təqdim olunması planlaşdırılır.
NASA International Space Apps Challenge dünyanın müxtəlif ölkələrindən iştirakçıları elm, texnologiya, proqramlaşdırma və yaradıcı yanaşmalardan istifadə etməklə Yer və kosmosla bağlı problemlər üzərində işləmək üçün bir araya gətirən beynəlxalq hakatondur.
Telegram kanalımız