Azərbaycanlı və erməni ekspertlər Londonda

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı və erməni ekspertlər Londonda

Siyasət

12 May 2026 21:41 95


Ermənistan və Azərbaycandan olan ekspertlər Londonda sülh prosesinin inkişafını, imkanlarını və risklərini müzakirə ediblər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə “Sülh Körpüsü” təşəbbüsünün koordinatoru Areq Koçinyan sosial şəbəkə hesabında qeyd edib.

“Onilliklər ərzində davam edən münaqişələrdən sonra sülh təkcə siyasi danışıqlar yolu ilə deyil, həm də insanlar arasında etimad yolu ilə qurulur. Bu gün Ermənistan-Azərbaycan sülh prosesində yeni bir fürsət var və cəmiyyətlərin də bu yolda iştirak etməsi vacibdir. Londonda keçirilən görüşdə Ermənistan və Azərbaycan ekspertləri sülh prosesinin hazırkı mərhələsini, onun imkanlarını və risklərini müzakirə ediblər”, - o bildirib. pizza mizza

Koçinyan əlavə etdi ki, davamlı sülh dialoq, etimad və uzunmüddətli əməkdaşlıq yolu ilə qurulur./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!