“Azov” komandirləri cəbhəyə qayıdır - Risya narahatdır 

saytların hazırlanması

Evə çatdırılma

“Azov” komandirləri cəbhəyə qayıdır - Risya narahatdır 

Dünya

09 İyul 2023 09:20 1025


"Azov" alayının komandirləri cəbhəyə qayıtmaq fikrindədirlər. 

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hərbi birləşmənin komandirlərindən biri Denis Prokopenko Lvovda jurnalistlərə açıqlamasında bildirib. 

“Biz hələ döyüşdə öz sözümüzü deyəcəyik”, - komandir deyib.  Sezar pizza

Döyüş əməliyyatları ilə bağlı suala isə Prokopenko belə cavab verib: “Biz elə ona görə qayıtmışıq”. 

Ukrayna Prezidenti Volodimir Zelenski “azov”çuların qayıdışı ilə bağlı təfərrüat verməkdən yayınaraq: “Elə şeylər var ki, təfərrüatlar gələcək nəticələrə mane olur”, - deyə bildirib. 

Qeyd edək ki, Volodimir Zelenski Ankaraya səfər edib Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdükdən sonra “Azov” komandirləri Türkiyədən Ukraynaya qaytarılıb. Kremlin sözçüsü Dmitri Peskov bunun razılaşmalara zidd olaraq edildiyini bildirsə də, nə Ukrayna, nə də Türkiyə tərəfi onun bu açıqlamasına münasibət bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!