Azərbaycanın ən geniş yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti bu gün fəaliyyətinin 29-cu ildönümünü qeyd edir.
"Yeni Sabah" xəbər verir ki, ötən illər ərzində dinamik inkişaf yolu keçən şirkət, ölkənin enerji infrastrukturunun qurulmasında və yanacaq bazarında aparıcı mövqelərdən birini tutub.
Şirkətin son illərdəki əsas prioritetlərindən biri işğaldan azad edilmiş ərazilərdə fəaliyyətin qurulması və genişləndirilməsi olub. “Böyük Qayıdış” prosesinə öz töhfəsini verən “Azpetrol” qısa müddətdə Şuşa, Laçın, Xankəndi, Zəngilan, Füzuli Cəbrayıl, Hadrut, Əsgəran və Suqovuşan kimi strateji bölgələrində modul tipli yanacaqdoldurma məntəqələri quraşdırıb. Şuşa, Laçın və Xankəndi, Zəngilan, Füzuli və Cəbrayıl, Hadrut, Əsgəran və Suqovuşanda fəaliyyət göstərib. pizza sifarişi
Bu layihələr azad edilmiş rayonların iqtisadi canlanmasına, infrastrukturun sürətli inkişafına və yerli əhalinin işlə təmin olunmasına birbaşa xidmət edir.
“Azpetrol”un yaradılması və uğurlu inkişafı Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə sahibkarlığın dəstəklənməsi və 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” sayəsində mümkün olub. Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilən yeni neft strategiyası bu gün də şirkətin inkişaf yolunu müəyyənləşdirir. Xatırladaq ki, şirkətin ilk məntəqəsi olan “Spartak” YDM 15 iyul 1997-ci ildə Bakıda fəaliyyətə başlayıb.
Təkcə yanacaq satışı ilə məhdudlaşmayan “Azpetrol” yaşıl enerji və alternativ yanacaq növlərinin tətbiqinə xüsusi diqqət yetirir. Hazırda şirkət müştərilərinə çoxşaxəli xidmətlər təklif edir. Şəbəkə daxilində 75 elektrik avtomobili doldurma postu quraşdırılıb. Maye qaz (LPG) və sıxılmış təbii qaz (CNG) infrastrukturu fəaliyyət göstərir. Turizm sektorunun inkişafına dəstək olaraq 8 motel və beynəlxalq standartlara cavab verən “Wyndham Garden Baku” hoteli müştərilərin xidmətindədir.
Ölkə üzrə 109 yanacaqdoldurma məntəqəsi, 3 neft bazası və 1 CNG terminalı, 4000-dən çox daimi iş yeri, 167 xüsusi təyinatlı yük maşınından ibarət geniş avtopark.
“Azpetrol” keyfiyyət, şəffaflıq və müştəri məmnuniyyəti prinsiplərinə sadiq qalaraq, innovativ texnologiyalarla ölkə iqtisadiyyatına töhfə verməkdə davam edir.
Telegram kanalımız