Bakı-Sumqayıt sakinlərinə ŞAD XƏBƏR:   Avtobuslar üçün YENİ YOL açıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Sumqayıt sakinlərinə ŞAD XƏBƏR: Avtobuslar üçün YENİ YOL açıldı

Sosial

25 Sentyabr 2026 10:14 195


Bakı-Sumqayıt yoluna avtobusların daha rahat və sürətli çıxışı üçün yeni avtobus zolağı təşkil edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, yeni zolaq ətraf ərazilərdən paytaxta daxil olan sərnişinlər üçün alternativ imkan yaradıb. Artıq "20 Yanvar" metro stansiyasına və Şamaxinkaya getmədən "Avtovağzal" metro stansiyasından istifadə etmək mümkündür. Pepperoni pizza

"Avtovağzal" metro stansiyasının giriş-çıxışından ödənişsiz istifadə imkanının təmin edilməsi məqsədilə ərazidəki dayanacağa əlavə 16 avtobus marşrutu yönəldilib.

AYNA-nın məlumatına görə, əvvəl avtobuslar Bakı "Avtovağzal" metro stansiyasının qarşısından müəyyən trayektoriya üzrə hərəkət edərək Bakı-Sumqayıt yoluna çıxırdı. Bu trayektoriya məsafəni 1,1 kilometrədək uzadırdı.

Yeni avtobus zolağının təşkili ilə bütün avtobusların Bakı-Sumqayıt yoluna daha sürətli çıxışı təmin edilib. Nəticədə əvvəl 1,1 kilometr olan məsafə 100 metrədək azaldılıb.

Yeni həllin tətbiqi ilə avtobusların hərəkət sürəti artıb, yolda vaxt itkisi isə azalıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!