Bakı-Tbilisi reysləri təxirə salınıb

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Tbilisi reysləri təxirə salınıb

Sosial

30 Avqust 2023 09:51 521


Ötən gündən etibarən Gürcüstanın paytaxtı Tbilisidə hökm sürən əlverişsiz hava şəraiti səbəbindən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-9237 və aviaşirkətin tərkibinə daxil olan "Buta Airways"in J2-9225 Bakı-Tbilisi reysləri təxirə salınıb. 

Yenisabah.az bu barədə AZAL-a istinadən xəbər verir. 

Məlumata görə, şəhərdə hava şəraiti yaxşılaşdıqdan sonra hər iki reysin sərnişinləri Tbilisiyə yola düşüblər.  Dominos pizza

Aviaşirkətin qaydalarına əsasən, gecikmiş reyslərin sərnişinləri zəruri vasitələrlə, o cümlədən içki və qidalanma ilə təmin olunublar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!