Bakı və rayonlarda böyük qanunsuzluq:   Polis hərəkətə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Bakı və rayonlarda böyük qanunsuzluq: Polis hərəkətə keçdi

Hadisə

21 Avqust 2026 11:34 67


Paytaxt və bölgələrdə su hövzələrinin qanunsuz doldurulması və qazıntı işlərinin aparılması ilə bağlı qanun pozuntuları aşkarlanıb.

"Yeni Sabah" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin keçirdiyi tədbirlər zamanı Xəzər rayonunun Buzovna qəsəbəsi, Suraxanı rayonunun Bülbülə qəsəbəsi və Abşeron rayonunun Məmmədli kəndində yerləşən göllərdə, eləcə də Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində Qaraçay çayının sahilində və Balakən rayonunda Dəliçay ərazisində qanun pozuntuları müəyyən edilib.

Araşdırmalar zamanı su hövzələrinin tikinti-söküntü və məişət tullantıları, bərk və qarışıq süxurlarla qanunsuz doldurulduğu, akvatoriyaya torpaq və digər materialların töküldüyü müəyyən olunub. Sezar pizza

Həmçinin sahilboyu mühafizə zolağında torpaq-qazıntı işlərinin aparılması, icazəsiz qazıntılar nəticəsində relyefin dəyişdirilməsi və hidroloji rejimin pozulmasına səbəb olan hallar aşkarlanıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Hazırda istintaq tədbirləri davam etdirilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!