Azərbaycan cüdoçusu Fərid Rzazadə yeniyetmələr arasında dünya çempionu olub.
"Yeni Sabah" xəbər verir ki, Ekvadorun Quayakil şəhərində keçirilən dünya çempionatının ilk yarış günündə -50 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz qızıl medal qazanıb.
Fərid Rzazadə finala gedən yolda Süleyman Doğru (Türkiyə), Bekaris Kudaybergen (Qazaxıstan) və Artur Bonatonu (Braziliya) mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə qazaxıstanlı Adiljan Nurbekeni məğlub edən cüdoçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və Azərbaycanın Dövlət Himnini səsləndirib. Pepperoni pizza
Bu gün daha 3 yeniyetmə cüdoçumuz dünya çempionatında tatamiyə çıxacaq.
Telegram kanalımız