“Kənddəki evi girov qoymaq istəyirəm, bank götürmür” - İmtina qanunidirmi?

saytların hazırlanması

Evə çatdırılma

“Kənddəki evi girov qoymaq istəyirəm, bank götürmür” - İmtina qanunidirmi?

Sosial

21 Avqust 2026 11:40 94


“Adətən, banklar hansı əmlakları girov kimi qəbul edib-etməyəcəklərini özləri müəyyənləşdirirlər. Bu baxımdan bankın daxili siyasətinə uyğun olaraq müəyyən əmlakı girov kimi qəbul etməkdən imtina etmək hüququ var”.

Bunu “Yeni Sabah”a vəkil Əkrəm Həsənov bildirib.

O, regionlarda yerləşən şəxsi əmlakı Bakıdakı bankların girov götürməkdən imtina etməsinin nə dərəcədə anuni olduğuna aydınlıq gətirib. pizza mizza

Vəkilin sözlərinə görə, bütövlükdə, regionlarda yerləşən daşınmaz əmlak girov kimi qəbul edilə bilər, amma...

“Əsas şərtlərdən biri həmin əmlakın çıxarışının olmasıdır. Lakin nəzərə alınmalıdır ki, banklar regionlarda yerləşən əmlaka o qədər də üstünlük vermirlər. Bunun bir sıra səbəbləri var. Başlıca səbəblərdən biri həmin əmlakın bazar qiymətinin nisbətən aşağı olması və kredit ödənilmədiyi halda mülkün hərrac vasitəsilə satışının çətinləşməsidir.

Hazırda Azərbaycanda belə bir vəziyyət yaranıb ki, iqtisadi aktivliyin böyük hissəsi Bakıda cəmləşir. Regionlarda iqtisadiyyatın və daşınmaz əmlak bazarının inkişaf səviyyəsi nisbətən aşağıdır. Buna görə də regionlarda yerləşən əmlaklara alıcı tapmaq daha çətin olur”.

Ə.Həsənov qeyd edib ki, digər tərəfdən, regionlarda insanlar bir-birlərini yaxından tanıyır və girov qoyulmuş əmlakın alınmasına müəyyən hallarda mənəvi səbəblərdən də maraq göstərmirlər:

“İnsanlar borca görə satışa çıxarılan əmlakı almaqdan çəkinə bilərlər. Bakıda isə bu kimi problemlərə daha az rast gəlinir. Hərrac zamanı hüquqi baxımdan ciddi problemlər olmasa da, faktiki çətinliklər mövcuddur. Digər problem isə regionlarda əmlakın satışı zamanı yaranır. Bütün bankların regionların hamısında filialları yoxdur. Hətta filialın olduğu hallarda belə, həmin filiallarda, bir qayda olaraq, bankın hüquqşünası fəaliyyət göstərmir”.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!