Qurban Qurbanovdan “Tvente” üzərində qələbədən sonra ilk   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Qurban Qurbanovdan “Tvente” üzərində qələbədən sonra ilk AÇIQLAMA

İdman

21 Avqust 2026 01:05 78


UEFA Konfrans Liqasının pley-off mərhələsində "Tvente" (Niderland) ilə "Qarabağ" arasında keçirilən oyundan (0:1) sonra Azərbaycan təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında fikirlərini bölüşüb.

"Yeni Sabah" xəbər verir ki, təcrübəli mütəxəssis komandasının çıxışını dəyərləndirib.

"İlk növbədə futbolçularımı təbrik etmək istəyirəm. Yaxşı və düzgün mübarizə apardılar, çox güc sərf etdilər. "Qarabağ" olaraq burada üçüncü dəfədir oynayırıq. İnanın ki, bu stadiondan və azarkeşlərdən hər dəfə daha çox zövq alırıq. Marqarita pizza

Bizim azarkeşlərimizə də təşəkkür edirəm. Komandamızın çıxışından həzz aldılar. Yerlərində bir dəqiqə də dayanmadılar. Hamısı bizi dəstəklədi, yanımızda olduğunu hiss etdirdi.

Çox vacib qalibiyyət oldu. Amma bu hələ duelin ilk hissəsidir. Bakıda cavab görüşü olacaq. Evdə daha diqqətli və intizamlı oynamalıyıq ki, iki görüşün nəticəsinə görə qalib olaq. İnanıram ki, Bakıdakı qarşılaşma da maraqlı keçəcək və azarkeşlərimizi sevindirə biləcəyik", - deyə Qurban Qurbanov bildirib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!