Bakıda 2 cibgir tutuldu

Bakıda 2 cibgir tutuldu

Kriminal

29 Noyabr 2022 13:15 524


Bakıda ictimai nəqliyyatda cibgirlik edən şəxslər saxlanılıblar.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, əvvəllər dəfələrlə məhkum olunmuş Rüfət Əliyev və Rəşid Ağayev tutularaq istintaqa təqdim ediliblər.

Araşdırmalarla bu şəxslərin paytaxtın bir neçə rayonlarında müxtəlif marşrutlar üzrə hərəkət edən avtobuslarda 40-a yaxın sərnişinin pul, mobil telefon və qiymətli zinət əşyalarını talamaları məlum olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!