Bakı şəhərinin ərazisində prokurorluq və daxili işlər orqanları üzrə 2026-cı ilin birinci yarım ilində cəmi 6909 törədilmiş cinayət hadisəsi qeydiyyata alınıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğu orqanlarının cari ilin birinci yarımilinə həsr olunmuş geniş əməliyyat müşavirəsində danışılıb.
Onların 93,2 %-nin açılması təmin olunub. pizza mizza
Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2026-cı ilin birinci yarımilində paytaxt ərazisində törədilən qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının açılması təmin edilib.
Hesabat dövründə 3148 cinayət işinin istintaqı tamamlanıb, 2338 iş məhkəmələrə göndərilib.
120 cinayət işinin ibtidai istintaqı tamamlanıb. Onlardan 70 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib.
Telegram kanalımız