Paytaxtın Həsən Seyidbəyli küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məhdudiyyət səbəbindən 6, 10, 18, 31, 37, 39, 53, 77 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti Azərbaycan prospekti – Şəmsi Bədəlbəyli küçəsi – Füzuli küçəsi – Abdulla Şaiq küçəsi – Nəriman Nərimanov prospekti – Mikayıl Müşfiq küçəsi ilə təşkil edilib. Sezar pizza
Eyni zamanda 6, 10, 31, 37, 77 və 205 nömrəli marşrutların “İçərişəhər” metrostansiyası istiqamətində hərəkəti isə Parlament prospekti ilə təşkil olunub.
Telegram kanalımız