Bakıda ABŞ səfirliyi işçi axtarır: 40 min manat maaş veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ABŞ səfirliyi işçi axtarır: 40 min manat maaş veriləcək

Sosial

17 Avqust 2026 17:49 26


ABŞ-nin Azərbaycandakı səfirliyi Müştəri Xidmətləri Mərkəzinin (MXM) nümayəndəsi vəzifəsi üzrə işçi axtarır.

“Yeni Sabah” xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında elan yerləşdirilib.

MXM nümayəndəsi səfirliyin əməkdaşlarına və onların ailə üzvlərinə xidmətlə bağlı müraciətlərdə dəstək göstərəcək. Müraciətləri müvafiq şöbələrə yönləndirəcək, səfirlik icmasına keyfiyyətli və operativ xidmət göstərilməsinə kömək edəcək. pizza sifarişi

Vakansiya üzrə qoyulan tələblərə gəlincə isə, namizəd ən azı iki il universitet təhsili almış olmalı, 6 aydan az olmamaq şərtilə inzibati və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi olmalıdır.

Namizəddən ingilis, Azərbaycan və rus dillərində yaxşı iş səviyyəsində bilik tələb olunur.

Vakansiya üzrə təklif olunan əməkhaqqı məbləği illik 23,575 dollar (təxminən 40 min manat) nəzərdə tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!