Bakıda ağaclar gecələr suvarılır - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ağaclar gecələr suvarılır - Video

Rəsmi

25 İyun 2020 10:20 850


Koronavirus pandemiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu Bakı şəhərində isti yay günlərində mövcud yaşıllıqlara qulluq göstərilməsi məsələləri ciddi nəzarətdə saxlanılır. Prospektlər, küçələr yol kənarlarında, park və istirahət mərkəzlərində və digər yerlərdə əkilmiş ağaclara, salınan yaşıllıqlara  lazımi qulluq göstərilməsi üçün  Bakı Şəhər Yaşıllaşdırma Birliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

BŞİH-dən “Yeni Sabah”a daxil olan xəbərə görə, yayın isti  günlərinndə qulluğun effektivliyini yüksəltmək üçün ağacların və digər yaşılllıqların, yol kənarları və parklardakı qazon örtüyünün axşam saatlarında suvarılması aparılır. Suvarma zamanı həm də yol kənarlarındakı ağaclar yuyulur ki, bu da onların qurumasının qarşısını alır.  

İşlər çərçivəsində həm də paytaxt rayonlarının kommunal-təsərrüfat xidmətlərinin işçiləri ilə birlikdə şəhərdəki idarə, təşkilat, ictimai-iaşə və digər özəl kommersiya qurumlarının inzibati binalarının, yol və küçələrin kənarlarında yaradılmış yaşıllıq guşələrinə də gündəlik qulluq göstərilir, dibçəklərdəki güllər və gül kolları mütəmadi olaraq sulanır.  pizza sifarişi

Kommunal xıdmətlərin əməkdaşları bu işləri təmizliklə bağlı öz gündəlik vəzifələri, ərazidə aparılan tibbi-profilaktiki və dezinfeksiya işləri ilə bərabər aparlar. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!